Topaz Premyer Liqasında mübarizə aparan klublar qış fasiləsində keçirilən beynəlxalq yoxlama oyunlarını başa vurublar. Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışı keçirmək üçün ölkə xaricinə yollanan 8 komandamız ümumilikdə 32 belə qarşılaşmada qüvvəsini sınayıb.
Təmsilçilərimiz bu görüşlərdə 13 qələbə, eyni sayda heç-heçəyə imza atıb və 6 məğlubiyyət alıb. Klublarımız 48 qolun sevincini yaşayıbsa, öz qapısında 30 qol görüb.
Bu qış hamıdan çox oyun keçirən komanda “İnter” olub. Bakılılar 6 oyunda meydana çıxıblar. “Xəzər Lənkəran”la “Rəvan” isə hamıdan az - hərəyə 2 matç keçirib.
Çempionatın autsayderlərindən olan sonuncular hər iki görüşdə qalib gəlməklə, 100 faizli nəticə göstərib. Lənkəran təmsilçisi isə vətənə qələbəsiz dönən yeganə komanda olacaq. “Rəvan”la yanaşı, “Simurq”da əcnəbilərə uduzmayıb. Digər 6 komanda isə hərəyə 1 dəfə yenilib.
“Bakı”nın İspaniya, digər 7 klubun Türkiyədə keçirdiyi matçlarda təmsilçilərimiz 30 komanda ilə üz-üzə gəlib. Braziliya “Uniao”su ilə Qazaxıstan “Tobol”u 2 klubumuzla qüvvəsini sınayıb. Onların hər ikisi 2 məğlubiyyət alıb. Bu dəfəki rəqiblərin bəziləri ad-sanı ilə də diqqət çəkir.
Avrokubokların qalibi olmuş “Styaua” və Kiyev “Dinamo”su “Bakı”nı sınağa çəkib. Türkiyə nəhəngi “Fənərbaxça”, Rumıniya “Dinamo”su, Almaniya “Arminiya”sı, Ukrayna “Dnepr”i də rəqiblərimiz arasında olan tanınmışlardandır.
Türkiyə, Antalya
“Qəbələ” – “Maltəpəspor” (Türkiyə) - 1:1, “Tobol” (Qazaxıstan) - 2:1, “Konyaspor” (Türkiyə) - 2:4, “Spartak” (Qazaxıstan) - 1:1, “Volqa” (NN, Rusiya) - 0:0
“Neftçi” – “Partizani” (Albaniya) - 2:0, “Fənərbaxça” (Türkiyə) - 0:0, “Tobol” (Qazaxıstan) - 4:2, “Metallurq” (Zaporojye, Ukrayna) - 0:0, “Şlensk” (Polşa) - 1:3
“Qarabağ” – “Dinamo” (Rumıniya) - 1:0, “Flyamurtari” (Albaniya) - 1:2, “Vuppertaler” (Almaniya) - 2:2
“Simurq” – “Felbert” (Almaniya) - 1:0, "Yanq Afrikans" (Tanzaniya) - 2:2, "Şanxay Şenxua" (Çin) - 0:0, "Hrvatski Draqovolyas" (Xorvatiya) - 2:0
“Rəvan” – “Uniao” (Braziliya) - 2:1, “Universtatya” (Krayova, Rumıniya) - 1:0
“Xəzər Lənkəran” – “Çaykur Rizəspor” (Türkiyə) - 0:0, “Gənclərbirliyi” (Türkiyə) - 0:2
“İnter” – “Asten” (Hollandiya) -8:0, “Holsteyn Kil” (Almaniya) - 0:3, “Aktobe” (Qazaxıstan) - 1:1, “Zeyts” (Almaniya) - 2:0, “Uniao” (Braziliya) - 3:1, “Arminiya” (Almaniya) - 2:2
"Bakı" – "Laçi" (Albaniya) - 4:0, "Linense" (İspaniya) - 0:1, "Dnepr" (Ukrayna) - 0:0, "Styaua" (Rumıniya) - 2:0, "Dinamo" (Kiyev, Ukrayna) 1:1
|
yer |
klub |
O |
Q |
H |
M |
T/F |
X |
% |
|
1 |
Rəvan |
2 |
2 |
0 |
0 |
3-1 |
6 |
100,0 |
|
2 |
Simurq |
4 |
2 |
2 |
0 |
5-2 |
8 |
66,7 |
|
3 |
İnter |
6 |
3 |
2 |
1 |
16-7 |
11 |
61,1 |
|
4 |
Neftçi |
5 |
2 |
2 |
1 |
7-5 |
8 |
53,3 |
|
5 |
Bakı |
5 |
2 |
2 |
1 |
7-2 |
8 |
53,3 |
|
6 |
Qarabağ |
3 |
1 |
1 |
1 |
4-4 |
4 |
44,4 |
|
7 |
Qəbələ |
5 |
1 |
3 |
1 |
6-7 |
6 |
40,0 |
|
8 |
Xəzər L |
2 |
0 |
1 |
1 |
0-2 |
1 |
16,7 |
|
|
|
32 |
13 |
13 |
6 |
48-30 |
52 |
54,2 |