Türkiyə kubokunda III tura start verildi
29.10.2014 - 00:15
Türkiyə kubokunda III tura start verildi

Ötən gün Türkiyə kubokunda III turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, bir oyundan ibarət qarşılaşmaların ilk matç günüdə 4 qgörüş baş tutub.

 

Superliqa təmsilçisi “Kasımpaşa” səfərdə “Tulzaspr”a 3:1 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb. “Gənclərbirliyi” isə “Etimesqut” klubuna divan tutub – 6:0.

 

“Akhisar” isə evində “Ərzurum BB” ilə qarşılaşıb. Matçın əsas vaxtında komandalar hərəyə bir dəfə fərqləniblər. Əlavə vaxtda isə meydan sahibləri matçın 116-cı dəqiqəsində Kosenin vurduğu qolu sayəsində növbəti mərhələyə adlayıb.

 

Qeyd edək ki, Türkiyə kubokunda III turunun digər oyunları bu gün və sabah keçiriləcək.

 

Türkiyə kuboku

III tur

28 oktyabr

“Cizrespor” – “Göztəpə” – 2:0

“Tulzaspr” - “Kasımpaşa” – 3:1

“Gənclərbirliyi” - “Etimesqut” – 6:0

“Akhisar” - “Ərzurum BB” - 2:1

0