21 yaşadək futbolçulardan ibarət millimizin qonağı olacaq Norveç yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yeni baş məşqçi Leyf Qunnar Smerud Bakıya 18 futbolçu gətirəcək.
Martda bu posta təyin olunan Smerud ilk sınağını məhz yığmamıza qarşı verəcək. Onun açıqladığı heyətdə Hollandiya, Avstriya və İngiltərə çempionatlarında çıxış edən oyunçular da var.
Qapıçılar: Eyrik Holmen Yohansen (Sannefyord), Sondre Lövset Rossbax (Odd);
Müdafiəçilər: Kristoffer Haraldseyd (Hauqesunn), Qustav Valsvik (Soqndal), Yonas Qrönner (Brann), Tomas Qröqaard (Odd), Ruben Qabrielsen (Lilleström);
Yarımmüdafiəçilər: Yonas Svensson, Daniel Berntsen (hər ikisi “Rusenborq”), Fredrik Ulvestad (Olesunn), Markus Henriksen (“Alkmar”, Hollandiya), Valon Berişa (“Red Bull”, Avstriya), Martin Rönninq Ovenstad, Qustav Uikheym (hər ikisi “Strömsqodset”);
Hücumçular: Elbasan Raşani (Odd), Coşua Kinq (“Blekbern Rovers”, İngiltərə), Mohamed Elyunussi, Fredrik Qulbrandsen (hər ikisi “Molde”).
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan – Norveç oyunu iyunun 1-də keçiriləcək. “Bayıl Arena”dakı görüş saat 17:00-da başlayacaq.