Robert Prosineçkinin Azərbaycan millisinin baş məşqçisi təyin olunmasından sonra Topaz Premyer Liqasında xorvatiyalı futbolçuların sayı arta bilər. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu Edin Yunuzoviç karyerasını Azərbaycan klublarından birində davam etdirməyə yaxındı.
Bunu Bosniya və Herseqovina əsilli 28 yaşlı hücumçunun özü açıqlayıb. Xorvatiyada anadan olub, boya-başa çatan, lakin hər iki ölkənin vətəndaşlığını daşıyan Edin Premyer Liqa klublarından təklif aldığını qeyd edib. Bu yaxınlarda Qazaxıstan “Ordabası”sından ayrılan hücumçu qərar verməyə tələsmədiyini bildirib: “Danışıqlarla agentim məşğul olur. Eşitdiyimə görə isə Azərbaycan və Qazaxıstandan variantlar var”.
Qeyd edək ki, Yunuzoviç karyerası ərzində Xorvatiyada “Riyeka” və “Rudar”, Sloveniyada “Krşko”, Rusiyada “Amkar”la Bryansk “Dinamo”su, Qazaxıstanda isə “Jetısu”yla “Ordabası”nın formasnı geyib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı