29 may - 1 iyun tarixlərində 15 yaşadək futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin daha bir iştirakçısı bəlli olub. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Fənərbaxça” (Türkiyə), “Lokomotiv” (Moskva, Rusiya), “Liverpul” (İngiltərə) və “Olimpik”in (Marsel, Fransa) ardından Belçikanın “Anderlext” klubu da turnirdə yer alacağını rəsmən təsdiqləyib. Bununla da III Qəbələ Kubokunda mübarizə aparacaq 8 komandadan 6-nın adı dəqiqləşib.
Qeyd edək ki, artıq ənənəyə çevrilən turnirin coğrafiyası ildən-ilə genişlənməkdədir. Bu ilki yarışda ilk dəfə olaraq İngiltərə, Fransa və Belçika təmsilçiləri yer alacaqlar. Buna qədər İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri turnirdə çıxış etmişdi.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”