“Anderlext”in çempionatın “Genk”lə oyundakı xal itkisi başadüşüləndi. Yəqin ki, baş məşqçi Besnik Hası daha çox “Qarabağ”la Avropa Liqasının matçını düşünür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika futbolunun tanınmış simalarından olan Mark Deqriz deyib.
Belçika yığmasının sabiq ulduzu heyətində 4 dəfə ölkə çempionu olduğu “Anderlext”in ölkə çempionatının son turundakı xal itkisinə münasibət bildirib. 50 yaşlı futbol veteran “Genk”lə qarşılaşmanın (0:0) Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la son matçına qurban verildiyini düşünür: “Hasi qarşıdakı oyunu düşündüyündən bəzi futbolçularını çox yükləməyi lazım bilməmişdi. Çünki dekabrın 10-da keçiriləcək görüş daha vacibdi. “Anderlext” bu qarşılaşmada qələbə qazanmaq üçün çox yaxşı oynamalıdı. Hazırda ən vacib olanı da məhz budu”.
Qeyd edək ki, “Anderlext” – “Qarabağ” oyunu dekabrın 10-da Brüsseldə keçiriləcək.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı