“Anderlext”in oyunu təxirə salındı
21.11.2015 - 16:23
“Anderlext”in oyunu təxirə salındı

Belçika çempionatının bir oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Anderlext”in matçı baş tutmayacaq.

 

Brüssel klubunun  “Lokeren”lə görüşü qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb terror təhlükəsinin olmasıdı. Belə ki, bu gün səhər Belçika rəhbərliyi paytaxt Brüsseldə belə təhlükənin olduğunu bəyan edib.