“Anji” baş məşqçisini dəyişdi
22.05.2014 - 19:29
Mahaçqalanın “Anji” futbol klubunun baş məşqçisi Hacı Hacıyev postundan istefa verib. Apasport.az saytının məlumatına görə, artıq onun yerinə Sergey Tauşev təyin edilib.
Hacıyev özü istefa ərizəsini yazıb və klub rəhbərliyi onun istefasını qəbul edib. Qeyd edək ki, “Anji” bu mövsüm çempionatda sonuncu yeri tutaraq, ikinci dviziona düşüb.
Hacıyevin yerinə dərhal yeni baş məşqçi təyin olunub. Bu, Donetskin “Metallurq” komandasının keçmiş baş məşqçisi Sargey Tauşevdir.
0
0