“Antalyaspor” daha bir ulduz futbolçu transfer edir
26.09.2015 - 12:58
Toqo yığmasının hücumçusu Emmanuel Adebayor karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, “Tottenhem”dən ayrılan təcrübəli forvardla “Antalyaspor” yaxından maraqlanır.
Türklər hazırda azad agent statusu daşıyan Adebayoru heyətlərinə qatmaqda israrlıdılar. Yayda Samuel Eto`O ilə güclənən “Antalyaspor” bu dəfə toqolu futbolçunu almaqla, hücum xəttini daha da gücləndirmək niyyətindədi.
Qeyd edək ki, Adebayor “Tottenhem”dən əvvəl “Monako”, “Arsenal”, “Mançester Siti” və “Real” (Madrid) klublarının formasını geyinib.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0