“Arsenal” 9 ildən sonra ilk mükafatını qazandı
18.05.2014 - 14:05
“Arsenal” 9 ildən sonra ilk mükafatını qazandı

 

“Arsenal” İngiltərə kubokunun qalibi olub. Apasport.az saytının məlumatına görə, London klubu finalda “Hall Siti”yə 3:2 hesabı ilə qalib gəlib.

 

“Arsenal” artıq 8-ci dəqiqədə 2:0 hesabı ilə geriyə düşüb. Amma Santi Kasorla hələ birinci hissədə fərqi azaldıb. Loran Koselni isə 71-ci dəqiqədə bərabərlik qolu vurub. Əlavə olunan vaxtda isə Aaron Remsi qələbə topunu “Hall Siti”nin qapısından keçirib.

 

“Arsenal” 2005-ci ildən bu yana ilk dəfə hansısa turnirdə qalib gəlib. London klubu sonuncu dəfə də İngiltərə kubokunda qalib olmuşdu. O zaman “Arsenal” finalda “Mançestr Yunayted”»i məğlub etməyi bacarmışdı.