“Arsenal” Benzema üçün 37 milyon avro təklif edəcək
16.05.2014 - 02:45
“Arsenal” Benzema üçün 37 milyon avro təklif edəcək

 

“Arsenal”ın baş məşqçisi Arsen Venqer Çempionlar Liqasının finalından sonra “Real Madrid»ə Kərim Benzema ilə bağlı təklif irəli sürəcək. Apasport.az saytının məlumatına görə, 26 yaşlı fransalı hücumçunun Madrid klubu ilə müqaviləsi 1 il sonra başa çatır.

 

“Arsenal” ötən mövsüm Benzemanı almaq üçün bir neçə dəfə cəhd etsə də, bu cəhdlər uğursuz olub. Amma Venqer geri çəkilmək niyyətində deyil və bu yay yenidən Benzema üçün fəaliyyətə başlayacaq.

 

“Real” isə İngiltərə Premyer Liqasının ən məhsuldar hücumçusu Luis Suaresi almaq istəyini gizlətmir və buna görə də, fransız futbolçudan imtina edə bilər. Amma Madrid klubu “Liverpul”u razı salmaq üçün cibindən yaxşı pul çıxartmalıdır. Buna görə də, Benzemanın qiymətinin də 37 milyon avroya qədər artacağı gözlənilir.