“Arsenal” əfsanəvi futbolçusunun heykəlini ucaldacaq
07.02.2014 - 23:50
“Arsenal” əfsanəvi futbolçusunun heykəlini ucaldacaq

“Arsenal” əfsanəvi futbolçularından olan Denis Berqkampı əbədiləşdirəcək. Apasport.az saytının məlumatına görə, londonlular 44 yaşlı sabiq hücumçusunun kluba göstərdiyi xidmətlərə hörmət əlaməti olaraq heykəlini “Emireyts” stadionunun qarşısında ucaldacaq.

 

Klub saytından verilən məlumata görə, heykəlin açılışı bu ayın 22-də olacaq. 

 

Qeyd edək ki, Hollandiya milli komandasının veteran oyunçusu 1995-ci ilin iyun ayında Milanın "İnter" klubundan 7.5 milyon funt-sterlin qarşılığında İngiltərə təmsilçisinə  keçmişdi. Futbolçu londonluların heyətində 423 oyun keçirib və 120 qol vurub. “Arsenal” Berqkampdan əvvəl Herbert Çepmena, Toni Adams və Tyerri Anrinin də heykəlləri qoyulmuşdu.