“Arsenal” əzəli rəqibinin hücumçusunu alır
07.02.2014 - 07:58
“Mançester Siti”nin təcrübəli hücumçusu Edin Dzeko karyerasını digər İngiltərə təmsilçisi “Arsenal” da davam etdirə bilər. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “topçular” 27 yaşlı futbolçunu heyətlərinə qatmaq istəyirlər.
Belə ki, hücum xəttindəki çatışmazlıqları aradan qaldırmaq istəyən London klubu artıq Dzeko üçün əzəli rəqibi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin də üzvü olan forvard 2011-ci ildən “şəhərlilər”in formasını geyir.
0
0