“Arsenal” keçmiş futbolçusunu yenidən istəyir
28.12.2015 - 01:09
“Arsenal” keçmiş futbolçusunu yenidən istəyir

Norveç millisinin və Münhenqladbax "Borussiya"sının yarımmüdafiəçisi Havard Nordveyt İngiltərə Premyer Liqası klublarının diqqət mərkəzinə düşüb. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, "Everton" və "Arsenal" 25 yaşlı futbolçunun xidmətində maraqlıdı.

 

Nordveyt 2011-ci ildən "Borussiya"nın şərəfini qoruyur. O, Münhenlqadbax klubuna məhz "Arsenal"dan keçib.

 

Havard 2007-ci ildə "topçular"la anlaşsa da, bu klubun əsas komandasında heç bir oyunda meydana çıxmayıb.