“Arsenal” futbol klubu Məsut Özilin yaxın dostu Sami Hediranı almağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, Sesk Fabreqasın komandaya qaytarılmasına hazırlaşan klub, bu transfer baş tutmadığı təqdirdə Hediranın alışı ilə heyəti gücləndirmək niyyətindədir.
“Barselona”ya baş məşqçi təyin olunan Luis Enrike Fabreqasla vidalaşmaq niyyətindədir. Amma Fabreqasın qiyməti 37 milyon avrodur və “Arsenal”ın onu alacağı sual altındadır. Hedira isə daha ucuz başa gələ bilər.
Venqer hələ qış transfer mövsümündə Hediranı almaq istəyib. Amma Almaniya millisinin oyunçusu o zaman zədəli olub və ancaq indi zədəsini müalicə edə bilib. “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Hediranın fiziki formasından məmnunluğunu gizlətməyib və onu hətta Çempionlar Liqasının finalında start heyətinə salıb. Almaniya millisinin baş məşqçisi Yoahim Löv də Saminin hələ öz yaxşı oyununu göstərəcəyinə əmin olduğundan, onu yığmanın genişləndirilmiş heyətinə daxil edib.