“Arsenal” Sançesi alır
10.07.2014 - 00:26
“Arsenal” Sançesi alır

 

“Barselona”nın və Çili yığmasının hücumçusu Aleksis Sançes bu yay “Arsenal”a keçəcək. Apasport.az saytının məlumatına görə, bu barədə “topçuların” baş məşqçisi Arsen Venqer bildirib.

 

O, artıq danışıqların başa çatdığını və transferin ən yaxın günlərdə elan olunacağını vurğulayıb. İnformasiya agentliklərinin məlumatına görə, “Arsenal” Sançes üçün “Barselona”ya 35 milyon avro ödəyəcək.