“Arsenal” transferə 120 milyon avro hazırlayır
02.04.2014 - 23:45
“Arsenal” transferə 120 milyon avro hazırlayır

İngiltərənin “Arsenal” futbol klubu yay transfer mövsümündə yeni futbolçular almaq üçün 120 milyon avro xərcləyə bilər. Apasport.az saytının məlumatına görə, bu, komandanın son 3 ildə ən böyük xərci olacaq.

 

London klubunun almaq istədiyi oyunçular siyahısında öz ölkələrinin çempionatlarında liderlik edən klubların aparıcı oyunçuları var. “Arsenal”ın “Atletiko Madrid”in hücumçusu Dieqo Kosta, “Bavariya”nın forvardı Mario Mancukiç və”«Şalke”nin havbeki Yulian Drakslerlə maraqlandığı vurğulanır.