“Arsenal” türkiyəli futbolçuya təklif göndərdi
12.01.2016 - 15:25
“Arsenal” türkiyəli futbolçuya təklif göndərdi

“Beşiktaş”ın və Türkiyə yığmasının futbolçusu Oğuzhan Özyakup karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçiyə sabiq komandası “Arsenal” “elçi düşüb”.

 

London klubunun yetirməsi olan, 2012-ci ildə isə “Beşiktaş”a keçən Özyakupu “topçular”ın baş məşqçisi Arsen Venger geri qaytarmaq arzusundadı. İngilislər bu keçidi rəsmiləşdirmək üçün 9,3 milyon funt-sterlinq xərcləməyə hazırdılar.

 

Məsut Özilin çıxışından razı qalan Venger rəhbərliklə söhbətində Özyakupun geri qaytarılmasının komanda üçün faydalı olacağını bildirib.

 

Qeyd edək ki, “Beşiktaş”ın heyətində ümumilikdə 121 oyunda 17 qola imza atan Özyakup 2013-cü ildən şərəfini qoruduğu Türkiyə yığmasında 15 matçda 1 dəfə fərqlənib.