“Arsenal”a keçəndən sonra daha güclü futbolçu oldum”
07.03.2015 - 17:34
“Arsenal”a keçəndən sonra daha güclü futbolçu oldum”

“Hazırda yaxşı formadayam. Fikrimcə, cari mövsümdə özümü pis göstərmirəm. Müəyyən vaxtdan sonra daha da güclənəcəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Arsenal”ın hücumçusu Danni Uelbek deyib.

 

25 yaşlı futbolçu London klubunda özünü rahat hiss etdiyini bildirib: “Futbolçu komandasını dəyişəndə adaptasiya prosesini keçməli olur. “Arsenal”ın heyətində yaxşı futbolçu çoxdu. Gündən-günə onlarla bir-birimizi daha yaxşı başa düşürük. Mən hücumun 3 mövqeyində çıxış edə bilirəm. Hansı mövqedə oynamağıma baş məşqçi qərar verir. Onu deyə bilərəm ki, “Arsenal”a keçəndən sonra daha güclü futbolçu oldum”.

 

Qeyd edək ki, Uelbek “Arsenal”a ötən il yetirməsi olduğu “Mançester Yunayted” klubundan transfer olunub. O, “topçular”ın heyətində meydana çıxdığı 20 oyunda 7 dəfə fərqlənib.