“Arsenal”ın futbolçusu 3 aylıq sıradan çıxdı
02.12.2015 - 22:28
“Arsenal”ın futbolçusu 3 aylıq sıradan çıxdı

“Arsenal”ın yarımmüdafiəçisi Santi Kazorla uzunmüddətə sıradan çıxıb. Apasport.az saytının “The Guardian”a istinadən məlumatına görə, ispan xavbek ən az 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

 

İngiltərə Premyer Liqasının XIV turu çərçivəsində “Norviç”lə oyunda dizaltı vətərlərindən zədələnən Kazorla ən yaxşı halda martda oynaya biləcək.