“Arsenal”ın hücumçusu Olivye Jiru 3 oyunluq cəzalandırlıacaq. Apasport.az saytının məlumatına görə, buna Fransa millisinin futbolçusunun İngiltərə Premyer Liqasının XVIII turu çərçivəsində KPR-lə qarşılaşmada rəqib komandanın müdafiəçisi Nedum Onuxanı başla vurması olub.
“Topçular”ın 1:0 hesabı ilə qalib gəldiyi matçın 53-cü dəqiqəsində Jiru 28 yaşlı oyunçuya Zidan sayağı kəllə vurub. Dərhal qırmız vərəqə alan Olivye oyundan qovulub.
Beləliklə, Jiru Premyer Liqanın növbəti turlarında “Vest Hem”lə, “Sautqempton”la və kubok oyununda “Hall Siti” ilə matçda “Arsenal”a kömək edə bilməyəcək.
Qeyd edək ki, Jirunun həmyerlisi Zinəddin Zidan da 2006-cı ildə keçirlən dünya çempionatında İtaliya yığasının müdafiəçisi Marko Materassini kəllə ilə vurmuşdu. Azlıqda qalan Fransa millisi isə finalda uduzaraq, dünya çempionu titulunu qazana bilməmişdi.