“Arsenal”ın hücumçusu “İnter”ə getdi
02.01.2015 - 19:41
“Arsenal”ın hücumçusu Lukas Podolski mövsümün II yarısından etibarən İtaliya A seriyasında forma geyinəcək. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu bundan sonra icarə əsasında “İnter”in şərəfini qoruyacaq.
Hər iki komanda artıq razılığa gəliblər. Tibbi müayinədən keçmək üçün Podolskinin Milana gedəcəyi gözlənilir.
Qeyd edək ki, Podolski cari mövsümdə İngiltərə Premyer Liqasında 7 matçda oynayaraq, 100 dəqiqədən az forma geyinib. Çünki o, bütün oyunlarda əvəzetmədən meydana çıxıb.
0
0