“Arsenal”ın hücumçusu “İnter”ə keçir
25.12.2014 - 00:26
“Arsenal”ın hücumçusu “İnter”ə keçir

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “İnter” heyətini Almaniya millisinin hücumçusu Lukas Podolski ilə gücləndirmək istəyir. Apasport.az saytının məlumatına görə, “Arsenal”ın 29 yaşlı futbolçusu yanvar ayından etibarən Milan klubunda icarə əsasında çıxış etməyə çox yaxındı.

 

Artıq Podolskinin keçidi üçün tərəflər arasında prinsipial razılığa gəlinib.

 

Qeyd edək ki, Lukas cari mövsümdə İngiltər Premyer Liqasında 7 matçda forma geyinib. O, hər bir görüşdə meydana əvəzetmədən daxil olub və 98 dəqiqə mübarizə aparıb.