“Arsenal”ın müdafiəçisi “Mançester Siti”yə keçdi
20.05.2014 - 20:52
“Arsenal”ın müdafiəçisi “Mançester Siti”yə keçdi

 

“Arsenal”ın müdafiəçisi Bakari Sanya “Mançester Siti” ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, müqavilə 3 il üçün nəzərdə tutulub.

 

Fransalı futbolçu yeni klubunda həftədə 140 min funt qazanacaq. Qeyd edək ki, Sanyanın “Arsenal”la müqaviləsi başa çatdığından, o, yeni komandası ilə azad agent statusunda müqavilə imzalayıb. “Arsenal” Bakariy Sanyaya yeni müqavilə təklif etsə də, futbolçu komandada qalmaqdan imtina edib.