“Arsenal”ın qapıçısı siqaret çəkdiyi üçün cərimələndi
07.01.2015 - 19:47
“Arsenal”ın qapıçısı siqaret çəkdiyi üçün cərimələndi

“Arsenal”ın qapışısı Voysex Şesnı qeyri-adi hərəkətinin qurbanı olub. Apasport.az xəbər verir ki, qolkiper duşda siqaret çəkdiyi üçün 20 min funt-sterlinq məbləğində cərimə olunub.

 

Hadisə Premyer Liqanın 20-ci turu çərçivəsində “Sauthempton”la qarşılaşmadan (0:2) sonra baş verib. Bu səbəbdən Şesnının “Stok Siti” ilə oyunda iştirakı sual altındadı.