“Artıq “Neftçi” ilə danışıqlara başlamışıq”
13.05.2014 - 12:58
“Böyük ehtimalla “Neftçi”də qalacağam”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo deyib.
Braziliyalı legioner adının komandadan göndəriləcək futbolçular arasında olmayacağını bildirib: “Komandamız növbəti mövsümdən gənclərə üstünlük verəcək. Bunu mən də eşitmişəm. Amma heyətdən bütün legionerlər göndərilməyəcək. Müqaviləmin müddəti mayın sonunda başa çatır. Artıq “Neftçi” ilə danışıqlara başlamışıq. Menecerim bütün məsələləri yoluna qoyacaq. Burada qalacağım 90 faiz həll olunub. Başqa komandalardan gələn təkliflərə heç fikir verməmişəm”.
0
0