“Aston Villa” satışa çıxarıldı
13.05.2014 - 01:39
“Aston Villa” satışa çıxarıldı

 

İngiltərənin “Aston Villa” futbol klubunun sahibi Rendi Lerner tezliklə Briminqem klubunun yeni sahibinin olacağını bildirib. Apasport.az saytının məlumatına görə, Lerner klubu satmaq qərarını qətiləşdirib.

 

Qeyd edək ki, bundan əvvəl “Aston Villa”nın Premyer Liqada qalacağı təqdirdə Lernerin komandanı tərk edəcəyi bildirilirdi. Brimenqem klubu bu mövsüm 15-ci yeri tutaraq, yüksək liqada qalıb. Amerikalı biznesmen isə klubun satış məsələlərini həll edir: “Hiss edirəm ki, artıq hər şey geridədir. Mən “Aston Villa” qarşısında borcluyam. Amma irəliyə doğru hərəkət etmək zamanı çatıb. Əminəm ki, klubun çox gözəl personalı dəyişməyəcək”.