“Atletik”in hücumçusu ingilis klubunun hədəfində
29.01.2014 - 03:55
“Atletik”in hücumçusu ingilis klubunun hədəfində

“Atletik”in hücumçusu İker Munyain karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə İspaniya mətbuatı xəbər yayıb.

 

Belə ki, “Tottenhem” 21 yaşlı futbolçuya elçi düşüb. İngilis klubunun Munyain üçün 22 milyon avro təklif etməyə hazırlaşdığı deyilir. Lakin Bilbao klubu futbolçusunu 36 milyon avroluq müqavilə qiymətindən ucuza satmaq fikrində deyil.

 

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan İker “Atletik” futbol məktəbinin yetirməsidir.