“Atletiko” məğlubiyyəti “Milan”a baha başa gəldi
20.02.2014 - 21:40
“Atletiko” məğlubiyyəti “Milan”a baha başa gəldi

“Milan”ın hücumçusu Mario Balotelli növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

 

Belə ki, 23 yaşlı futbolçu ötən gün Çempionlar Liqasının 1/8 final mərhələsindəki “Atletiko” matçında çiynindən zədələnib. Bu gün tibbi müayinədən keçən Balotellinin təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacağı deyilir. Komanda həkimlərinin sözlərinə görə, İtaliya A Seriyasının XXV turundakı “Sampdoriya” matçında oynamayacağı dəqiqləşən forvardın “Yuventus”a qarşı forma geyməsi isə sual altındadır.

 

Qeyd edək ki, Milan şəhərində keçirilən ilk matçda “rassionerlər” 0:1 hesabı ilə Madrid klubuna məğlub olmuşdu.