“Atletiko” yarımmüdafiəçisi ilə müqaviləni yenilədi
18.02.2014 - 02:48
“Atletiko” təcrübəli yarımmüdafiəçisi Raul Qarsiya ilə müqaviləni yeniləyib. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
Belə ki, Madrid klubu 27 yaşlı futbolçusu ilə 2015-ci ildə başa çatacaq sözləşməni daha 3 il uzadıb. Bununla da, o, 2018-ci ilə qədər komandasına xidmət edəcək.
Qeyd edək ki, ispan futbolçu 2007-ci ildə digər La Liqa təmsilçisi “Osasuna”dan “Atletiko”ya keçib.
0
0