Mayın 24-də Çempionlar Liqasının finalında “Real Madrid”lə qarşılaşacaq “Atletiko Madrid”də zədəlilərlə bağlı müəmma davam edir. Apasport.az saytının məlumatına görə, komandanın liderləri Dieqo Kosta və Arda Turanın finalda oynamaları üçün gərgin mübarizə gedir.
İspaniya çempionatının son turunda “Berselona” ilə oyunda zədələnərək meydandan çıxan futbolçular barədə fərqli xəbər gəlib. Həkimlər Ardanın zədəsinin ciddi olmadığını, budundan zərbə alan futbolçuda ancaq əzik müəyyən edildiyini bildiriblər. Buna görə də, onun Çempionlar Liqasının finalında oynaması ehtimalı böyükdür.
Dieqo Kostanın zədəsi isə fərqlidir. İspaniya millisinin futbolçusunun “Real Madrid”lə oyuna yetişəcəyinin çətin olduğu vurğulanır.