“Atletiko” gənc yarımmüdafiəçisi Saul Niques ilə müqaviləni yeniləyib. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
Belə ki, Madrid klubu 19 yaşlı futbolçusu ilə sözləşməni 2019-cu ilə qədər uzadıb. İspaniya mətbuatında yazılanlar görə, rəhbərlik bu müqavilədən sonra ötən ili icarə əsasında “Rayo Valyekano”da keçirən futbolçunu komandada möhkəmləndirmək istədiyini göstərib.
Qeyd edək ki, İspaniya U 21 millisinin də üzvü olan Niques 2008-ci ildə digər La Liqa təmsilçisi “Real”dan (Madrid) “Atletiko”ya keçib. O, 2012-ci ildə əsas heyətdə ilk matçını keçirib.
Xatırladaq ki, İspan klubu ötən gün təcrübəli yarımmüdafiəçisi Raul Qarsiya ilə də müqaviləni yeniləyib.