“Atletiko”nun baş məşqçisindən acı etiraf: Şansımız azalıb
08.03.2014 - 07:22
“Atletiko”nun baş məşqçisindən acı etiraf: Şansımız azalıb

 

 

İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone komandasının çempionluq şansını dəyərləndirib. Apasprot.az saytının məlumatına görə, Simeone şanslarının azaldığını etiraf edib.

 

Baş məşqçi “Selta” ilə səfər oyunu öncəsi açıqlama ilə çıxış edərək, uğura ümid etdiyini vurğulayıb. Bununla yanaşı o, “Almeriya” və “Osasuna”ya gözlənilmədən uduzduqlarını da xatırladıb: “Sonuncu iki səfər oyununda məğlubiyyət bizim çempionluq şanslarımızı ciddi şəkildə azaldıb. “Selta” müxtəlif səpkili oyun nümayiş etdirə bilir, topu özündə saxlayır. Amma mən də oyunçularıma inanıram. Ümid edirəm Ki, gözəl oyun keçirəcəyik, vahid komanda olacağıq”.