İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone İngiltərəyə köçə bilər. Apasport.az saytının məlumatına görə, “Liverpul” argentinalı çalışdırıcı ilə danışıq aparır. Simeonenin ingilis dilini öyrənməyə başlaması onun “Atletiko”dan ayrılmaq ehtimalını bir qədər də artırır. Bir müddət öncə təcrübəli məşqçinin adı “Mançester Siti” ilə birgə hallanırdı. Lakin İngiltərə mediası Simeonenin “Liverpul”a keçmək ehtimalının daha çox olduğunu iddia edir. “Mersisaydlılar” hazırkı çalışdırıcı Brendan Rocersin işindən narazıdılar.
Qeyd edək ki, Simeonenin “Atletiko” ilə 2017-ci ilə qədər müqaviləsi var.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı