“Atletiko”nun zədəli müdafiəçisi qoruyucu maskada məşqə çıxdı
12.02.2015 - 00:18
“Atletiko”nun zədəli müdafiəçisi qoruyucu maskada məşqə çıxdı

“Atletiko”nun zədəli müdafiəçisi Dieqo Qodin İspaniya La Liqasının XXIII turu çərçivəsində “Selta” ilə oyuna hazırlaşır. Apasport.az saytının məlumatına görə, ötən tur Madrid derbisində - “Real”la matçda Sami Xedira ilə toqquşaraq burunu sınan 28 yaşlı futbolçu xüsusi qoruyucu maskada məşqə çıxıb.

 

Onun “Selta” ilə səfər qarşılaşmasında meydana çıxması gözlənilir.

 

Qeyd edək ki, “Selta” – “Real” qarşılaşması fevralın 15-də baş tutacaq. Görüş Bak vaxtı ilə saat 00:00-da başlayacaq.