“Atletiko”ya qarşı mübarizə aparmaq heç də asan deyil”
06.02.2014 - 07:44
“Futbolçularım həqiqətən də çox çalışır və yaxşı oynayırlar. İkinci matçda da belə oynamalıyıq. Bunun üçün də yaxşı hazırlanmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Karlo Ançelotti “Atletiko” ilə oyundan sonra deyib.
54 yaşlı mütəxəssis İspaniya kubokunun yarımfinalı ilk matçındakı 3:0 hesablı qalibiyyəti dəyərləndirib: “Bu son zamanlar oynadığımı ən yaxşı matçdır. Çünki “Atletiko”ya qarşı mübarizə aparmaq heç də asan deyil. Oynadığımız aqressiv oyundan və müdafiədən çox razıyam”.
0
0