“Atletiko”ya xoş xəbər: Felipe Luis komandada qalır
31.05.2014 - 04:39
“Atletiko”ya xoş xəbər: Felipe Luis komandada qalır

 

Bu mövsüm “Atletiko Madrid”in çempionluğunda böyük zəhməti olan Felipe Luis komandada qalır. Apasport.az saytının məlumatına görə, bunu futbolçunun meneceri açıqlayıb.

 

Qeyd edək ki, “Atletiko” çempion olandan və Çempionlar Liqasının finalına çıxandan sonra komandanın futbolçularına bir çox klublardan təklif gəlib. Felipe Luisi başda “Çelsi” olmaqla, bir çox digər klubların istədiyi bildirilirdi. Amma futbolçunun meneceri Manuel Qarsia Quilon onun komandada qaldığını söyləyib: “Luisə Avropanın bir çox böyük klublarından təklif gəlib. Amma “Atletiko” rəhbərliyi onun klubda qalmasını istəyirdi və Luis də bu mövsüm komandada qalmaq qərarına gəldi”.

 

Mourinyonun israrla tələb etdiyi Luis bu mövsüm 49 oyuna çıxıb, 4290 dəqiqə sahədə olub və 1 qol vurub.