“Atletiko Madrid”də Kosta şoku
09.05.2014 - 20:01
Mövsümün ən kritik oyunlarına hazırlaşan “Atletiko Madrid” Dieqo Kosta şokunu yaşayır. Apasport.az saytının məlumatına görə, bazar günü “Malaqa”nı qəbul edəcək madridlilərin hücumçusu Dieqo Kosta zədələnib.
Bu mövsüm 27 qol vuraraq La Liqanın ən önəmli futbolçularından birinə çevrilən Kostanın “Malaqa” ilə oyunda meydana çıxacağı şübhə altındadır. Klub həkimləri və rəhbərlik onun dincəlməsini, növbəti tur “Barselona” ilə oyunda, mayın 24-də isə Çempionlar Liqasının finalında oynamasına çalışırlar.
0
0