“Atletiko Madrid”dən ilk transfer
29.05.2014 - 02:29
La Liqada 18 illik fasilədən sonra çempion olan “Atletiko Madrid” ilk transferini həyata keçirib. Apasport.az saytının məlumatına görə, Madrid klubu Argentinanın gələcək ulduzlarından sayılan Angel Korreranı sıralarına qatıb.
Klubdan verilən məlumata görə, 7 milyon avro əvəzində transfer edilən 19 yaşlı Korrea ilə 5 illik müqavilə imzalanacaq. Gənc futbolçu tibbi müayinədən keçəndən sonra yeni komandasının sıralarına qatılacaq.
Angel Korrea bu mövsüm Argentina çempionatında “San-Lorenso”nun heyətində 46 oyununa çıxıb və 8 qol vurub.
0
0