“Autsayder sayılmağımız üstünlüyümüzdür”
28.01.2014 - 12:50
“Autsayder sayılmağımız üstünlüyümüzdür”

“Azərbaycan və İtaliya ilə birlikdə yer aldığımız C qrupunun autsayderi sayılmağımız bizim üstünlüyümüzdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sloveniya millisinin futzalçısı Alen Mordey deyib.

 

Bu gün Belçikada start götürəcək Avropa çempionatının final mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan balkanlıların təcrübəli oyunçusu turnir haqda fikirlərini açıqlayıb: “Real baxsaq, 1/4 finala çıxan iki komandadan biri biz olmamalıyıq. Lakin yaxşı komandamız var və imkandan yararlanıb nəticə qazana bilərik. Çempionata kifayət qədər yaxşı hazırlaşmışıq. Bunun bəhrəsini görmək arzusundayıq”.

 

Qeyd edək ki, millimiz ilk oyununu yanvarın 31-də Sloveniyaya qarşı keçirəcək.