“AZAL-dan göndərilməyimin səbəbini anlamıram”
19.05.2014 - 09:22
“Komandadan göndərildiyimi mənə rəsmən deməyiblər. Amma baş məşqçinin bu barədə açıqlamasını saytınızdan oxumuşam”. Bunu apasport.az saytına açıqlamasında AZAL-dan kənarlaşdırılan bosniyalı hücumçu Nedo Turkoviç deyib.
Forvard ölkəsinə qayıdıb, özünə komanda axtaracağını bildirib: “Bir az istirahət etdikdən sonra özümə yeni komanda tapmağa çalışacağam. Menecerim bu işlərlə indidən məşğul olur. Amma AZAL-dan göndərilməyimin səbəbini anlamıram”.
0
0