“Ukrayna və Azərbaycan milliləri Avropa çempionatının gizli favoritləridir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Naxçıvanın “Araz” klubunun sabiq baş məşqçisi Arkadi Belıy deyib.
Rusiyalı mütəxəssis sabah start götürəcək futzal üzrə Avropa çempionatının final mərhələsi ərəfəsində yarışla bağlı fikirlərini açıqlayıb.
1999-cu ildə oyunçu kimi qitə çempionu olan Belıyın favoritləri sırasında ardıcıl 3-cü dəfə turnirə qatılan Azərbaycan yığması da var: “Azərbaycan millisinin əsasını milliləşən braziliyalılar formalaşdırıb. Azərbaycanlılar Avropada klub səviyyəsində də özünü yaxşı tərəfdən göstərir. Bu üzdən də onları yarımfinalda görə bilərik”.
Qeyd edək ki, 1995-2002-ci illərdə Rusiya yığmasında çıxış edən Belıy 1996, 1999 və 2001-ci illərdə Avropa çempionatının final mərhələsində iştirak edib.