Futzal üzrə dünya çempionatının final mərhələsinin qrup oyununda bu gün yığmamızın rəqibi olacaq İspaniya millisinin kapitanı Ortizin apasport.az saytına müsahibəsi
- Bu gün Azərbaycan yığması ilə qarşılaşacaqsız. Komandamızı kifayət qədər analiz etmisizmi?
- Əksəriyyət bizi favorit hesab edir. Çox çətin oyun olacaq. Çünki rəqibimizin heyətində yaxşı futzalçılar var və onlar bizə təhlükə yaradacaqlar. Favorit göstərilsək də, bizim üçün belə deyil. Son fitə qədər dayanmaq olmaz.
- Təhlükəli futzalçılar deyərkən kimləri nəzərdə tutursunuz?
- Fərdi keyfiyyətləri ilə seçilən oyunçular var. Onlardan biri Vassouradı. Hansı ki, Mərakeşlə oyunda 3 qol vurub. İspaniyada da oynayıb. Eduardo, Fineo, Tyaqo da kifayət qədər təhlükəlidilər. Onlardan ehtiyatlı olmaq lazımdı.
- FİFA bu oyunu günün ən əhəmiyyətli matçı seçib. Razısınızmı?
- Əslində, səbəbsiz deyil. Hər iki komanda qələbə ilə başlayıb. Həm də bol qollu qələbə qazanılıb. Əhəmiyyətli oyundu. İspaniya qələbə qazanacağı təqdirdə, növbəti mərhələyə vəsiqəni təmin etmiş olacaq. Əksinə, sizin komanda udsa, böyük üstünlük əldə edəcək. Bu matçın nəticəsi çox şeyi dəyişə bilər. Buna görə də FİFA-nın haqlı olduğunu düşünürəm.
- İrana qarşı oynamısınız. Azərbaycanın necə oynadığını da görmüsünüz. Komandamızın İranla oyunda qələbə qazanmaq şansı varmı?
- İran güclü komandadı. Xüsusilə də hücumda aqressiv oynayırlar. Azərbaycan isə ağıllı oyuna üstünlük verir. Həm də çərçivəyə düşməyi bacarırsınız. Belədə niyə də olmasın. Çalışsanız, qələbə qazana biləcəksiniz.
- İlk oyunda həm Azərbaycan, həm də İspaniya 5 qol vurub. Yığmamız yenə 5 qol vursa, təəccüblənməyəcəksiniz?
- Açığı, bu dəfə İspaniyanın buna nail olacağını düşünürəm. Amma rəqibə hörmətlə yanaşdığımızı da gizlətmirəm.