“Azərbaycan futbolunun inkişafda olması bizi qorxutmamalıdır”
05.09.2014 - 09:10
“Azərbaycan futbolunun inkişafda olması bizi qorxutmamalıdır”

“Azərbaycan millisi bizə problem yaşada bilər. Biz isə o səviyyədə deyilik ki, hansısa komandaya yuxarıdan aşağı baxaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin sabiq futbolçusu Velizar Dimitrov deyib.

 

Karyerasını ötən il başa vuran 35 yaşlı futbol veteranı AVRO-2016-nın seçmə mərhələsinin sentyabrın 9-da Bakıda keçiriləcək Azərbaycan – Bolqarıstan matçı haqda fikirlərini açıqlayıb: “Azərbaycanda futbol çox sürətlə inkişaf edir. Onlar hər gün daha güclü olur. Bu ölkədə futbola böyük vəsait qoyulur. Amma gəlin rəqibi də gözümüzdə çox böyütməyək. Azərbaycan futbolunun inkişafda olması bizi qorxutmamalıdır. Əksinə, səfər oyununa daha motivasiyalı getməli və qalib gəlməliyik. Mən nikbin insanam. Bakıda qalib gələcəyimizi düşünürəm. Yaxşı start sonda turnir cədvəlində yüksək yer tutmağımızın təməlini qoya bilər”.

 

Qeyd edək ki, Dimitrov millidə 31 oyuna 3 qol vurub.