“Azərbaycan klubu ilə görüşdə buna yol vermək olmaz”
09.07.2015 - 09:49
“Azərbaycan klubu ilə görüşdə buna yol vermək olmaz”

“Qarabağ”la oyuna 70-80 faiz hazırıq. Bu, ilk oyunda istədiyimiz qədər baxımlı oyun göstərməyə yetərli deyil. Amma yaxşı nəticəyə ümid edirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Monteneqronun “Rudar” klubunun məşqçisi Vuko Boqovaç deyib.

 

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan balkanlıların baş məşqçisinin köməkçisi komandasının hazırlığı və qarşıdakı duel haqda fikirlərini açıqlayıb: “Məqsədimiz ilk görüşdə elə nəticə qazanmaqdı ki, cavab oyununda mərhələ keçmək şansımız olsun. Yeni mövsümdə II təsnifat mərhələsini keçmək istəyirik. Futbolçulardakı özünəinam və klub üçün nə isə etmək istəyi bizi sevindirir. Rusiya “Mordoviya”sı ilə qarşılaşmanın sonlarında komandamız sındı. Azərbaycan klubu ilə görüşdə buna yol vermək olmaz. Çünki onlar belə boşluğu bağışlamaz. Amma hələ ilk oyuna qədər daha da təkmilləşmək üçün vaxtımız var”.

 

Qeyd edək ki, “Qarabağ”la “Rudar” arasında ilk oyun iyulun 15-sə keçiriləcək.