“Azərbaycan millisi yüksək səviyyəli oyunçulara malikdir”
24.01.2014 - 10:40
“Azərbaycan millisi yüksək səviyyəli oyunçulara malikdir”

“Ən çox qorxduğumuz qrupa düşmüşük”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə İtaliya millisinin baş məşqçisi Roberto Meniçelli deyib.

 

Yanvarın 28-də start götürəcək Avropa çempionatının final mərhələsinin C qrupunda Azərbaycan yığmasının rəqibi olan apenninlilərin çalışdırıcısı rəqiblər haqda fikirlərini açıqlayıb: “Bu yaxınlarda İspaniya və Portuqaliya ilə keçirdiyi yoxlama matçlarında Sloveniyanın nəyə qadir olduğunu gördük. İki il əvvəl biz onları çətinliklə məğlub etmişdik – 2:0. Amma həmin oyundan sonra Sloveniya futzalı daha da inkişaf edib. Azərbaycan millisi ilə qarşılaşma daha çətin olacaq. İldən ilə inkişaf edən bu komanda yüksək səviyyəli oyunçulara malikdir. Sürətli və texnikalı futzalçılara malik yığma taktiki plana da güclüdür”.

 

Qeyd edək ki, Azərbaycan və İtaliya yığmaları fevralın 2-də keçiriləcək qrup mərhələsinin son turunda qarşılaşacaq.