“Azərbaycan səfəri öncəsi oyunumuzu tapmaq istəyirdik”
25.02.2015 - 09:43
“Azərbaycan səfəri öncəsi oyunumuzu tapmaq istəyirdik”

“Çexiya ilə oyunlardan razı qaldım. Amma nəticələr qənaətbəxş olmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna millisinin futzalçısı Vitali Dzyuba deyib.

 

Yığmasının ən gənc oyunçusu Çexiya ilə yoxlama oyunları, AVRO-2016-nın seçmə mərhələsinin Bakıda keçiriləcək qarşılaşmalarına hazırlıq barədə danışıb: “Yoxlama oyunlarında məqsədimiz mütləq qələbə qazanmaq deyildi. Azərbaycandakı vacib qarşılaşmalar öncəsi öz oyunumuz tapmaq istəyirdik. Məni seçmə oyunlara çağırmasalar da, üzərimdə çalışıb, yığmaya layiq olduğumu göstərməliyəm. Bu da gələcəkdə millidə oynamağıma kömək etməlidi”.

 

Qeyd edək ki, seçmə mərhələnin Bakıdakı qrupunda Azərbaycan, Ukrayna, Belçika və Danimarka mübarizə aparacaq. Ölkəmizdəki oyunlar martın 18-21-də keçiriləcək.