“Dünən Azərbaycan yığması üzərində qazanılan qələbədən sonar komandada əla əhval-ruhiyyə var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin hücumçusu Dmitri Poloz deyib.
“Rostov”un forvardı ötən gün Moskvada yoldaşlıq görüşündə komandamızı 4:0 hesabı ilə məğlub etməsini şərh edib.
Şimal qonşularımızın heyətində debüt edən futbolçu “Ximki “Arena”ya azarkeşlərin az gəlməsinə də toxunub: “Hər kəs bu qələbəyə sevindi. Amma rahatlaşmaq olmaz. Qələbə bizlə çox lazım idi. Təəssüf ki, stadionda tamaşaçılar az idi. Premyer Liqada bütün matçlar belə səmərəli alınmır. Oyun zamanı məşqçi məni yanına çağırırdı. Daha geniş hərəkət etməyi xahiş edirdi. Kapello fasiləsində məndən cəld oynamağımı istədi. Düşünürəm ki, o razı qaldı. Bütün komanda kimi. Məşqçimiz bizi təriflədi və dedi ki, bütün taktiki sxemləri yerinə yetirdiniz”.