“Azərbaycan yığması çətin rəqib idi”
02.12.2014 - 09:43
“Azərbaycan yığması çətin rəqib idi”

“Bu turnir bizim üçün Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır. Azərbaycan bizim üçün çox çətin rəqib idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Qazaxıstan millisinin baş məşqçisi Kakau deyib.

 

Braziliyalı mütəxəssis Daşkənddə keçirilən beynəlxalq turnirin ilk turunun Azərbaycanla oyunundakı 4:1 hesablı qələbəyə şərh verib: “Bu komanda Avropa çempionatının bürünc mükafatçısı olub. Hazırda onların ispan baş məşqçisi var – Tino Peres. Heyətlərində isə 5 milliləşən braziliyalı yer alıb. Qələbə qazanmağımıza çox şadam. Bu matçın ən yaxşısı isə Leo idi. O, həmişəki kimi yenə çox faydalı oynadı. Serik Jamankulov parlaq oyun göstərdi. Bu da mənim üçün çox vacib idi”.