“Azərbaycanla qarşılaşmada heyətimizdə olan hər 3 qapıçıya oynamaq imkanı verdik. Onlardan biri zədələndiyi üçün vaxtından tez əvəzləndi”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın 17 yaşadək qızlardan ibarət futbol millisinin baş məşqçisi Viktor Papayev deyib.
2014-cü ilin sonunadək müddətə Rusiya millisinin yeni baş məşqçisi təyin olunan 66 yaşlı mütəxəssis Antalyada keçirilən təlim-məşq toplanışı barədə fikirlərini açıqlayıb. Papayev Azərbaycan millisi ilə qarşılaşmadakı 0:2 hesablı məğlubiyyətə də qısa şərh verib: “Hər iki qolu da öz səhvimiz üzündən buraxdıq. Görüşün ertəsi günü matçı təhlil etdik. Deyə bilərəm ki, hər şey göründüyü qədər ümidsiz deyil. Azərbaycanla matçda 3-4 qol imkanı yaratdıq. Yavaş-yavaş oyun sistemi görünməkdədir”.
Qeyd edək ki, Rusiya ilə 3 gün öncə keçirilən oyunda hər iki qolumuzu Gizem Tənəkəçi vurub.